Mütəxəssislərimiz Sizin ilkin sənədləriniz (e-qaimələr, yük gömrük bəyannamələri və s.)
əsasında mühasibat uçotunuzu sıfırdan quraraq ideal vəziyyətə gətirəcəklər. Fakturalar,
daxilolmalar və xərclər, İstehsala qəbul, istehsal aktları və s. sənədləriniz tərəfimizdən
tərtib edilərək və 1C yaxud digər proqramlara daxil ediləcəkdir.
Əməkdaşlığımız dövründə mütəxəssislərimiz sizə və işçilərinizə mühasibat ilə bağlı
məlumat dəstəyi təqdim edəcəkdir.
Bu tip mühasibat xidməti çərçivəsində mütəxəssislərimiz aşağıda qeyd olunanlarla sizi
təmin edəcəklər:
İşinizi idarə etmək üçün lazım olan bütün ilkin sənədlərin keyfiyyətli və vaxtında
hazırlanması;
1C və digər proqramlarda əməliyyatların keyfiyyətli və vaxtında əks olunması;
Bütün mühasibat reyestrlərinin tərtibi və aparılması;
Dövlət orqanları üçün hesabatların tərtib edilməsi və təqdim olunması;
Tenderdə iştirak üçün müəssisələrə tender sənədləri hazırlanmasının təmin edilməsi;
Mühasibat məlumatlarına əsaslanaraq şirkətin rəhbəri üçün əvvəlcədən təyin olunmuş
formatda hesabatlar (Mühasibat balansı, Mənfəət və zərər haqqında hesabat, debitor
kreditor borcları barədə hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Kapitalda
dəyişikliklər haqında hesabat və s.)