Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət
sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən
aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:
2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq
gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat +
2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan
çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə
çıxılacaq.
2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək
aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125
manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000
manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir
vergisinə çıxılacaq.
2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500
manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000
manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725
manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda əməkhaqqı 200
manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa,
işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.
Layihəyə əsasən, üzərinə 3% gəlir vergisi də əlavə olunarsa və DSMF ayırmalarına
tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:
Məsələn, aylıq maaşınız 1 000 manatdırsa;
Gəlir vergisi: 30 ₼
DSMF ayırmaları: 86,00 ₼
İşsizlikdən sığorta haqqı: 5,00 ₼
İcbari tibbi sığorta: 20,00 ₼
Tam əməkhaqqı: 859 ₼
© Неsаbdar Consulting - qazanmaq sizdən, hesablamaq bizdən!. All Rights Reserved.
Developed by Deirvlon Technologies.