Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilmişdir.
Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə hüquqi şəxslərin mənfəət vergisindən azaddır.
Qərara əsasən, aşağıda göstərilən meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara edilən köçürmələr mənfəət vergisindən azad edilmişdir:
Qeyd edilməlidir ki, hüquqi şəxslər tərəfindən yuxarıda göstərilən meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara edilən ödənişlər yalnız nağdsız qaydada bank hesabı vasitəsilə həyata keçirildikdə və ödənişin təyinatı bu barədə sənəddə göstərildikdə mənfəət vergisindən azaddır. Qərara əsasən, ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim etməlidir.
© Hesabdar. All Rights Reserved.
Developed by Deirvlon Technologies.