Vergi Məcəlləsinə dəyişikliklər 2024 (layihə)
Yeniliklər
21 Nov 2024
1. 01.01.24 tarixindən əmtəəsiz əməliyyatlar aparan “Riskli vergi ödəcilərinə” sanksiyalar
tədbiq ediləcək (əmtəəsiz əməliyyatın məbləğinin birinci dəfə 10%, daha
sonralar 20/40% olmaqla)
2. 01.01.24-cü il tarxdən, səyyar vergi yoxlaması davam edən periodda, torpaq, əmlak və
mənfəət vergisinin təqdimetmə müddəti başa çatırsa, SYX-nın əhatə etdiyi dövr artırıla
bilər.
3. Vergi ödəyicisinin vəzifələrinə, mal aldığı digər vö-lərindən, həmin vö-lərinin dövriyyəsi,
işçi sayı və bunun kimi məlumatları təsdiq edən sənədləri tələb etmək maddəsi əlavə
edilib (əməkdaşlıq edəcəyi patnyorların verdikləri məlumatları yoxlamaq üçün)
4. Yeni əlavə edilən maddəyə görə, operativ vergi nəzarəti, səyyar vergi yoxlaması kimi 3
və 5 illik limitlər daxilində həyata keçirilir.
5. 01.01.24-cü il tarixdən, əlaqəli məlumatlar üzrə malların alış qiyməti, yalnız, malların
topdansatış bazar qiyməti əsasında müəyyən olunacaq. Cari dövrdə, malların satış
rəqəmləri müəyyən, maya dəyəri q-müəyyən olduqda, malların maya dəyərini
hesablamaq üçün satış dəyəri 1.2-yə bölünürdü.
6. Yeni əlavə olunan maddəyə görə, malların satış rəqəmlərini müəyyən etmək mümkün
olmadıqda və malların dəyəri haqında əlaqəli məlumatlar olduqda, rentabellik şərti
olaraq 50% götürülür.
7. Şikayətlərə baxılma müddəti 30 gün əvəzinə, 30 iş günü kimi dəyişilir. (Ehtiyac olduqda
əlavə 30 iş günü artırıla bilər)
8. Mənfəət və gəlir vergisinin analojiya əsasında müəyyən olunması ləğv edilir.
9. Vergilərin hesablanması və tutulması ilə bağlı 3-5 illik limitlər, 01.01.2024-cü il tarixdən,
sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlərə də
şamil olunacaq (Sosial sığorta ödənişlərinin özlərinə şamil edilməyəcək)
10. Vergi ödəyicisi, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə
müraciətdən əvvəl, göstərilən vergi borcunun 10 faizini ödəməlidir.
11. Alınmış avanslar barədə e-qaimə yazılacaq
12. Kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olan HŞ-lərin təsisçisi olan fiziki şəxslərə
ödənilən dividentlərin vergidən azadolma müddəti 3 il daha artırıldı
13. Fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozidləri üzrə aylıq gəlirinin 200
manata qədər olan hissəsi eləcə də, depozid müddəti 18 ay olduqda və depozidin
məbləği 18 aydan tez olmayaraq ödənildikdə, hesablanan faizin gəlirlərinin hamısı 3 il
müddətinə vergidən azaddır.
14. Səhmlərin və iştirak paylarının təqdim edilməsi zamanı, vergitutma məqsədləri üçün
gəlirlər müəyyən olunarkən, gəlirin əldə edilməsi ilə bağlı digər xərclər də nəzərə
alınacaq.
15. K/T məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər 3 il müddətinə mənfəət
vergisindən azaddırlar
16. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclər, gəlirdən çıxılmır, ancaq
həmin xərclər üzrə, artıq maliyyə sanksiyası tədbiq edilmişdirsə, gəlirsən çıxıla bilər
17. Artıq, Nəzarət-kassa aparatı çeki, 2% limit daxilində, gəlirdən çıxılan xərc hesab
edilməyə imkan verəcək, ilkin uçot sənədi sayılacaq.
18. Yük maşınlarının əvvəlki ilin sonuna qalıq dəyərinin 8%-i, təmirə görə, gəlirdən çıxılan
xərc hesab olunacaq (əvvəl 5% idi)
19. İcarəyə götürülmüş əsas vəsaitin təmirinə çəkiləcək xərclər kapitallaşdlırılaraq, 5 ildən az
olmayan müddət üzrə bərabər hissələrlə amortizasiya oluanacaq.
20. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq
edən sənəd hesab edilmir.
21. Cari vergi ödəmələri, güzəşt və azadolmalar nəzərə alınmaqla hesablanmalıdır (yeni
maddə)
22. Dividend üzrə vergi 10%-dən, 5%-ə endirilir
23. KT məhsullarının istehsalçılarına; buğda , un, çörəyin istehsalı və satışı ilə məşğul
olanlar; heyvan və quş ətinin satışı ilə bağlı azadolmalar və güzəştlər yenilənib.
24. Svop əməliyyatı çərçivəsində xam neftin və qazın idxalı 3 il müddətinə ƏDV-dən azaddır.
25. ƏDV üzrə vergi tutulan dövriyyəni, əsas məbləğlə yanaşı, mədaxil olan ƏDV məbləği
də artıra bilər.Yəni, mal və ya xidmət satışından malın ƏDV-si daxil olsa, əsas məbləğ
daxil olmasa, ƏDV üzrə vergi tutulan dövriyyə həmin ƏDV məbləğinə uyğun əsas
məbləğ qədər artırılır.
26. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi
ödəyiciləri ƏDV-ni ticarət əlavəsinə və ya tam dəyərinə tədbiq etməkdə
sərbəstdirlər.ƏDV-ni tam məbləğdən hesablamaq istəyən, vö-ləri gərək, əvvəlcədən,
DVX-nə məlumat versinlər.
27. İşçilərinin sayı 3-dən az olan və DSMF borcu olan mikrosahibkarlıq subyektləri 75%
güzəştindən istifadə edə bilmirlər (Toparlasaq, nəticə etibarilə 5% dərəcə hesablanan
vergi, 20%-lə hesablanır).
28. Gəlir və sadələşdirilmiş vergi ödəyicisi olan, mikrosahibkarlıq subyektlərinin özlərinə
görə ödədikləri DSMF haqqlarının 25%-i, 3 il müddətinə, vergi öhdəliklərindən çıxılır.
29. Mehmanxana və Sanatoriya xidmətində istifadə edilən əmlaka görə ödənilən əmlak vergisi,
3 il müddətinə 75% azaldılır.
30. Artıq hüquqi şəxslər torpaq vergisinin bəyannaməsini 15 maya kimi yox, 31 yanvara kimi
verməlidirlər və torpaq vergisi üzrə cari vergi ödəmələri olacaq.
31. Yükdaşıma fəaliyyəti, daha, sadələşdirilmiş yox, mənfəət və ya gəlir vergisinin
predmetinə daxil ediləcək