Quliyev Faiq Yusif oğlu 11 iyun 1975-cü ildə Bakı şəhərində anadan olub.
1992-ci ildə Bakı şəhəri Xətai rayonu 29 saylı məktəbi bitirib.
1993-1997-ci illərdə hərbi xidmətdə olub.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad universitetinin Uçot İqtisad fakultəsinə “Mühasibat uçotu və audit” ixtisası üzrə daxil olub. Magistr təhsilini də həmin ixtisas üzrə davam etdirib.
01 oktyabr 2000 ci ildə Octagon Consulting Limited şirkətinin Azərbaycan nümayəndəliyində баш vergi məsləhətçisi kimi fəaliyyətə başlayıb. 01 aprel 2004-cü ildə həmin nümayəndəliyin baş mühasibi vəzifəsinə irəli çəkilib.
01 sentyabr 2004-cü ildə ASC “Stanard İnsurance” Sığorta Şirkətində mühasib kimi fəaliyyətə başlayıb. 01 fevral 2005-ci ildə baş mühasibin müavini, 09.06.2006-cı ildən isə Maliyyə direktoru və baş mühasib vəzifələrini icra edib. 02 iyun 2017-ci ilədək
26 sentyabr 2009-cu il tarixdən 01 may 2019-cu ilədək "VEKTOR KO" MMC-nin baş mühasibi vəzifəsində çalışıb.
01 fevral 2019-cu il tarixdən 29 fevral 2020-ci il tarixədək ALR İnvest QSC-nin direktoru vəzifəsində çalışıb.
03 fevral 2020-ci ildən 2023-cü ilədək Best Construction Mənzil tikinti koperativinin rəis müavini vəzifəsində çalışıb.
22 aprel 2020-ci il tarixdə Hesabdar MMC-ni təsis edərək Direktor kimi fəaliyyətə başlayıb.
19 mart 2021-ci ildən hal hazıradək Baku Steel Company QSC-nin baş mühasibi vəzifəsində çalışır.