Mütəxəssislərimiz Sizin ilkin sənədləriniz (e-qaimələr, yük gömrük bəyannamələri və s.) əsasında mühasibat uçotunuzu sıfırdan quraraq ideal vəziyyətə gətirəcəklər. Fakturalar, daxilolmalar və xərclər, İstehsala qəbul, istehsal aktları və s. sənədləriniz tərəfimizdən tərtib edilərək və 1C yaxud digər proqramlara daxil ediləcəkdir.
Əməkdaşlığımız dövründə mütəxəssislərimiz sizə və işçilərinizə mühasibat ilə bağlı məlumat dəstəyi təqdim edəcəkdir.
Bu tip mühasibat xidməti çərçivəsində mütəxəssislərimiz aşağıda qeyd olunanlarla sizi təmin edəcəklər:
İşinizi idarə etmək üçün lazım olan bütün ilkin sənədlərin keyfiyyətli və vaxtında hazırlanması;
1C və digər proqramlarda əməliyyatların keyfiyyətli və vaxtında əks olunması;
Bütün mühasibat reyestrlərinin tərtibi və aparılması;
Dövlət orqanları üçün hesabatların tərtib edilməsi və təqdim olunması;
Tenderdə iştirak üçün müəssisələrə tender sənədləri hazırlanmasının təmin edilməsi.
Mühasibat məlumatlarına əsaslanaraq şirkətin rəhbəri üçün əvvəlcədən təyin olunmuş formatda hesabatlar (Mühasibat balansı, Mənfəət və zərər haqqında hesabat, debitor kreditor borcları barədə hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Kapitalda dəyişikliklər haqında hesabat və s.).