01.01.24 tarixindən əmtəəsiz əməliyyatlar aparan “Riskli vergi ödəcilərinə” sanksiyalar tədbiq ediləcək (əmtəəsiz əməliyyatın məbləğinin birinci dəfə 10%, daha sonralar 20/40% olmaqla)
01.01.24-cü il tarxdən, səyyar vergi yoxlaması davam edən periodda, torpaq, əmlak və mənfəət vergisinin təqdimetmə müddəti başa çatırsa, SYX-nın əhatə etdiyi dövr artırıla bilər.
Yeni əlavə edilən maddəyə görə, operativ vergi nəzarəti, səyyar vergi yoxlaması kimi 3 və 5 illik limitlər daxilində həyata keçirilir.
01.01.24-cü il tarixdən, əlaqəli məlumatlar üzrə malların alış qiyməti, yalnız, malların topdansatış bazar qiyməti əsasında müəyyən olunacaq.Cari dövrdə, malların satış rəqəmləri müəyyən ,maya dəyəri q-müəyyən olduqda, malların maya dəyərini hesablamaq üçün satış dəyəri 1.2-yə bölünürdü.
Yeni əlavə olunan maddəyə görə, malların satış rəqəmlərini müəyyən etmək mümkün olmadıqda və malların dəyəri haqında əlaqəli məlumatlar olduqda, rentabellik şərti olaraq 50% götürülür.
Mənfəət və gəlir vergisinin analojiya əsasında müəyyən olunması ləğv edilir.
Vergilərin hesablanması və tutulması ilə bağlı 3-5 illik limitlər, 01.01.2024-cü il tarixdən, sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlərə də şamil olunacaq (Sosial sığorta ödənişlərinin özlərinə şamil edilməyəcək)
Kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olan HŞ-lərin təsisçisi olan fiziki şəxslərə ödənilən dividentlərin vergidən azadolma müddəti 3 il daha artırıldı
Fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozidləri üzrə aylıq gəlirinin 200 manata qədər olan hissəsi eləcə də, depozid müddəti 18 ay olduqda və depozidin məbləği 18 aydan tez olmayaraq ödənildikdə, hesablanan faizin gəlirlərinin hamısı 3 il müddətinə vergidən azaddır.
Səhmlərin və iştirak paylarının təqdim edilməsi zamanı, vergitutma məqsədləri üçün gəlirlər müəyyən olunarkən, gəlirin əldə edilməsi ilə bağlı digər xərclər də nəzərə alınacaq.
KT məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər 3 il müddətinə mənfəət vergisindən azaddırlar
KT məhsullarının istehsalçılarına; buğda , un, çörəyin istehsalı və satışı ilə məşğul olanlar; heyvan və quş ətinin satışı ilə bağlı azadolmalar və güzəştlər yenilənib.
Svop əməliyyatı çərçivəsində xam neftin və qazın idxalı 3 il müddətinə ƏDV-dən azaddır.
Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri ƏDV-ni ticarət əlavəsinə və ya tam dəyərinə tədbiq etməkdə sərbəstdirlər.ƏDV-ni tam məbləğdən hesablamaq istəyən, vö-ləri gərək, əvvəlcədən, DVX-nə məlumat versinlər.
İşçilərinin sayı 3-dən az olan və DSMF borcu olan mikrosahibkarlıq subyektləri 75% güzəştindən istifadə edə bilmirlər (Toparlasaq, nəticə etibarilə 5% dərəcə hesablanan vergi, 20%-lə hesablanır)
Gəlir və sadələşdirilmiş vergi ödəyicisi olan, mikrosahibkarlıq subyektlərinin özlərinə görə ödədikləri DSMF haqqlarının 25%-i, 3 il müddətinə, vergi öhdəliklərindən çıxılır.
Mehmana və Sanatoriya xidmətində istifadə edilən əmlaka görə ödənilən əmlak vergisi, 3 il müddətinə 75% azaldılır.